Çempionlar Liqası: Son vəsiqələr uğrunda
09.12.2013 - 16:24
Çempionlar Liqası: Son vəsiqələr uğrunda
Bu həftə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, VI turun oyunları ilə sabah A, B, C və D, ertəsi gün E, F, G, H qruplarında mübarizə başa çatacaq. Son tur növbəti mərhələyə 8, Avropa Liqasının 1/16 finalına 8 vəsiqənin sahibinin kimliyinə aydınlıq gətirəcək.

Turun ilk günündə daha çox maraq doğuran oyunlar B qrupunda olacaq. Türkiyə təmsilçisi “Qalatasaray” da daxil olmaqla, 3 komanda 1/8 finala 1 vəsiqə və Avropa Liqasına yüksəlmək üçün mübarizə aparır. Artıq mərhələ adlayan “Real”la görüşəcək “Kopenhagen”, həmçinin İstanbul təmsilçisinin qonağı olacaq “Yuventus”un mübarizəsində çıxışını başa buran 1 komanda da müəyyənləşəcək.

A və C qruplarında isə Çempionlar liqasında mübarizəni davam etdirəcək 2-ci komanda ilə digər yarışa gedəcək iştirakçının adı müəyyənləşməlidir. Hər 2 qrupda bu yerlərə 2 namizəd var. A qrupunda “Bayer”lə “Şaxtyor”, C qrupunda isə “Benfika” ilə “Olimpiakos” qiyabi mübarizə aparacaq. D qrupunda isə yalnız Avropa Liqasına vəsiqənin sahibi müəyyənləşməlidir. Buna MOİK-lə “Viktoriya”nın öz aralarındakı qarşılaşma aydınlıq gətirəcək.

Qrup mərhələsinin son günündə isə daha çox diqqət F qrupunun oyunlarına yönələcək. Burada 1/8 finala 2 vəsiqəyə 3 iddiaçı qalıb. “Arsenal”ı qəbul edəcək “Napoli” və autsayder “Marsel”in qonağı olacaq “Borussiya” mübarizəni son dəqiqəyədək davam etdirəcək.

Digər 3 qrupda isə sonuncu yerin sahibi və mərhələ adlayan 1 komanda müəyyənləşib. Bu isə o deməkdir ki, son matçlarda 2 komanda 1 vəsiqə üçün “döyüşəcək”. E qrupunda “Bazel”lə “Şalke”, H qrupunda isə “Milan”la “Ayaks” əyani dueldə mübarizəni 2 turnirdən hansına gedəcəklərinə aydınlıq gətirəcək. G qrupunda isə “Porto” ilə “Zenit” qiyabi mübarizədə kimin güclü olduğunu müəyyənləşdirməlidir.

Çempionlar Liqası
VI tur
10 noyabr
A qrupu

23:45. "Real Sosyedad" (İspaniya) - "Bayer" (Almaniya)
23:45. "Mançester Yunayted" (İngiltərə) - "Şaxtyor" (Ukrayna)


1
Mançester Y
5
3
2
0
11-3
11
2
Şaxtyor
5
2
2
1
7-5
8
3
Bayer
5
2
1
2
8-10
7
4
Real Sosyedad
5
0
1
4
1-9
1


B qrupu
23:45. “Qalatasaray” (Türkiyə) - “Yuventus” (İtaliya)
23:45. “Kopenhagen” (Danimarka) - “Real” (İspaniya)


1
Real M
5
4
1
0
18-5
13
2
Yuventus
5
1
3
1
9-8
6
3
Qalatasaray
5
1
1
3
7-14
4
4
Kopenhagen
5
1
1
3
4-11
4


C qrupu
23:45. “Benfika” (Portuqaliya) - PSJ (Fransa)
23:45. “Olimpiakos” (Yunanıstan) - “Anderlext” (Belçika)


1
PSJ
5
4
1
0
15-3
13
2
Olimpiakos
5
2
1
2
7-7
7
3
Benfika
5
2
1
2
6-7
7
4
Anderlext
5
0
1
4
3-14
1


D qrupu
23:45. “Bavariya” (Almaniya) - “Mançester Siti” (İngiltərə)
23:45. "Viktoriya" (Çexiya) - MOİK (Rusiya)


1
Bavariya
5
5
0
0
15-2
15
2
Mançester Siti
5
4
0
1
15-8
12
3
MOİK
5
1
0
4
7-15
3
4
Viktoriya
5
0
0
5
4-16
0


11 dekabr
E qrupu

23:45, “Çelsi” (İngiltərə) - “Styaua” (Rumıniya)
23:45. “Şalke” (Almaniya) - “Bazel” (İsveçrə)


1
Çelsi
5
3
0
2
11-3
9
2
Bazel
5
2
2
1
5-4
8
3
Şalke
5
2
1
2
4-6
7
4
Styaua
5
0
3
2
2-9
3


F qrupu
23:45. “Napoli” (İtaliya) - “Arsenal” (İngiltərə)
23:45. “Marsel” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya)


1
Arsenal
5
4
0
1
8-3
12
2
Borussiya
5
3
0
2
9-5
9
3
Napoli
5
3
0
2
8-9
9
4
Marsel
5
0
0
5
4-12
0


G qrupu
23:45. "Austriya" (Avstriya) - "Zenit" (Rusiya)
23:45. "Atletiko" (İspaniya) - "Porto" (Portuqaliya)


1
Atletiko5
4
1
0
13-3
13
2
Zenit
5
1
3
1
4-5
6
3
Porto
5
1
2
2
4-5
5
4
Austriya
5
0
2
3
1-9
2


H qrupu
23:45. “Milan” (İtaliya) - “Ayaks” (Hollandiya)
23:45. “Barselona” (İspaniya) - “Seltik” (Şotlandiya)


1
Barselona5
3
1
1
10-4
10
2
Milan
5
2
2
1
8-5
8
3
Ayaks
5
2
1
2
5-8
7
4
Seltik
5
1
0
4
2-8
3