Dənizli “11-liy”i tamamladı
09.12.2013 - 18:12
Dənizli “11-liy”i tamamladı
Topaz Premyer Liqasının XVI turu Mustafa Dənizlinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis “Xəzər Lənkəran”ı “İnter”lə oyuna çıxarmaqla, ölkəmizdə iş başında olan 11-ci türkiyəli çalışdırıcı adına sahib çıxıb.

Belə ki, Dənizliyə qədər 10 türkiyəli çalışdırıcı Premyer Liqada debüt edib. Azərbaycana gələn türklər 8 müxtəlif klubda işləyib. 4-cü dəfə bu ölkədən olan məşqçiyə həvalə edilən “Xəzər Lənkəran” digər klublardan öndədir. Cənub təmsilçisi 3 türk baş məşqçi və 1 məşqçi əvəzinə bel bağlayıb.

Premyer Liqada ən çox oyun keçirən türk məşqçi isə Rasim Karadır. Cüneyt Biçər kimi 2 klubda çalışan Kara bütün göstəricilərdə həmkarlarının hamısını arxada qoyur.

Ad Soyad Komanda
Oyun
Q
H
M
T-F
X
Rasim KaraQarabağ (Ağdam), Xəzər Lənkəran
82
43
17
22
118-59
146
Naci ŞensoyTuran (Tovuz)
61
34
12
15
89-44
114
Fatih KavlakQəbələ
26
13
5
8
38-25
44
Bülənt KorkmazBakı
20
10
6
4
22-15
36
Cüneyt BiçərBakı, Xəzər Lənkəran
15
8
4
3
21-8
28
Mehmet Tayfun TürkmənGənclərbirliyi (Sumqayıt)
9
3
2
4
12-16
11
Cevat GülərRəvan (Bakı)
4
0
3
1
3-5
3
Mustafa DənizliXəzər Lənkəran
1
0
1
0
0-0
1
Mustafa YılmazTuran (Tovuz)
7
0
1
6
1-15
1
Şenol FidanXəzər Lənkəran
3
0
1
2
0-2
1
Fuad YamanKarvan (Yevlax)
1
0
0
1
0-1
0