FİFA ən yaxşıların yekun siyahısını açıqladı
09.12.2013 - 17:50
FİFA ilin ən yaxşı məşqçisi adına namizədlərin yekun siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu ilə mükafatın təsisçisi olan “France Football” nəşrinin tərtib etdiyi siyahıda yer alan 10 mütəxəssisdən üçü ən yaxşı olmağa iddialıdır.
Seçicilərin Yupp Haynkess (“Bavariya”nın sabiq çalışdırıcısı), Aleks Ferqyusson (“Mançester Yunayted”in sabiq çalışdırıcısı) və Yurgen Klopp (“Borussiya”, Dortmund) “üçlüy”ündən birinə səs vermək imkanı olacaq.
Karlo Ançelotti (PSJ / “Real”), Rafael Benites (“Çelsi” / “Napoli”), Antonio Konte (“Yuventus”), Visente del Boske (İspaniya millisi, Joze Mourinyo (“Real” / “Çelsi”), Luis Felipe Skolari (Braziliya millisi) və Arsen Vengerin (“Arsenal”) adları isə yekun siyahıya düşməyib.
Qeyd edək ki, mükafatın sahibi yığmaların baş məşqçilərinin və kapitanlarının, habelə jurnalistlərin səslərinin nəticələrinə əsasən müəyyənləşəcək. Qalibin adı gələn il yanvarın 13-də bəlli olacaq.
2012-ci ildə İspaniya millisinin baş məşqçisi Visente del Boske rəqiblərini qabaqlayaraq, ən yaxşı mütəxəssis seçilmişdi.

0
0