Planetin 3 ən yaxşısı
09.12.2013 - 18:35
Planetin 3 ən yaxşısı
FİFA dünyanın ən yaxşı qadın futbolçusu adına namizədlərin yekun siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin ən yaxşısı adına iddiaçıların ilkin siyahısında olan 23 futbolçudan yalnız 3-ü dünyanın ən yaxşısı adına iddia edir. Bunlar mükafatın 5 qat qalibi braziliyalı Marta, almaniyalı Nadin Anqerer və ötən ilin ən yaxşısı olan ABŞ yığmasının üzvü Ebbi Vambaxdır.

Qeyd edək ki, milli komandaların baş məşqçilərinin və kapitanlarının, həmçinin jurnalistlərin arasında keçirilən sorğunun qalibinin adı 2014-cü il yanvarın 13-də İsveçrənin Sürix şəhərində təşkil olunacaq tədbirdə açıqlanacaq.