Kuarejma Türkiyəyə qayıdır
09.12.2013 - 22:38
Kuarejma Türkiyəyə qayıdır
Bir dönəm “Beşiktaş”da da çıxış edən Rikardo Kuarejma yenidən Türkiyə Superliqasına qayıda bilər. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Rizespor” və “Antalyaspor”un transfer hədəfindədir.

Belə ki, Kuarejmanın Birləşmiş Ərəb Əmirliyinin “Əl-Əhli” klubundan ayrıldıqdan sonra sabiq komandası “Sportinq”ə keçmək istəyi də baş tutmayıb. Bu səbəbdən də portuqaliyalı futbolçu Türkiyədən gələn təkliflərə ciddi yanaşır. Məlumatlara görə futbolçunun meneceri də bu keçidlə bağlı danışıqlar aparmaq üçün yaxın günlərdə qardaş ölkəyə səfər edəcək.

Qeyd edək ki, “İnter”dən “Beşiktaş”a keçən portuqaliyalı futbolçu 2010-2012-ci illər ərzində “ağ-qaralar”ın şərəfini qoruyub.