“Qalatasaray” “Bursaspor”la transfer danışıqlarına başlayır
09.12.2013 - 22:58
“Qalatasaray” “Bursaspor”la transfer danışıqlarına başlayır
“Qalatasaray” Sərdar Əziz transferi üçün “Bursaspor” klubundan görüş vaxtı tələb edib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Cim-Bom” 23 yaşlı müdafiəçini heyətinə qatmaq üçün ən qısa zamanda danışıqlara başlamaq istəyir.

Əgər danışıqlar müsbət nəticələnərsə, İstanbul təmsilçisi Əzizi qış transfer pəncərəsində heyətinə qatacaq.

Qeyd edək ki, türkiyəli futbolçu bu mövsüm “Bursaspor” forması ilə 10 rəsmi qarşılaşmada meydana çıxıb.