“Xəzər Lənkəran”ın planları dəyişdi
10.12.2013 - 02:58
“Xəzər Lənkəran”ın planları dəyişdi
Topaz Premyer Liqasının VXI turu çərçivəsindəki “İnter”lə oyundan sonra bir günlük sərbəst buraxılan “Xəzər Lənkəran” komandasının məşq planlarında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, bu gün doğma şəhərə qayıtmalı olan “ağ-yaşıllar” daha bir gün paytaxtda qalacaq və sabah Lənkərana yola düşəcək. Məlumatlara görə ləngimənin məqsədi futbolçuların daha bir gün istirahət etmələrinə şərait yaratmaqdır.

Qeyd edək ki, komanda 10-gün fasiləsiz hazırlıqdan sonra bir gün istirahətə buraxılmışdı. Həmçinin “Xəzər Lənkəran” doğma şəhərdə də 20-dekabr tarixinə qədər qalmalı olacaq. Beləliklə, ümumilikdə 20-günlük hazırlığın içində futbolçulara 2-gün istirahət verilməsi məqsədəuyğun sayılıb. “Xəzər Lənkəran” sabah, dekabrın 11-də səhər saatlarında doğma şəhərə yollanacaq və “Rəvan”la oyunun hazırlıqlarını orada davam etdirəcək.

Xatırladaq ki, XVII turdakı “Xəzər Lənkəran” – “Rəvan” qarşılaşması dekabrın 15-də Lənkəran şəhər stadionunda keçiriləcək.

Mənbə: 12cioyuncu.info