Ançelotti: Özilə etdiyimin eynisini Di Mariya üçün...
10.12.2013 - 03:55
Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti “Kopenhagen”lə oyun öncəsi keçirilən mətbuat konfransında maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, Məsut Özilin klubdan ayrılmasının məsuliyyətini öz üzərinə götürən italiyalı mütəxəssis Anxel Di Mariyanın getməsinə icazə verməyəcəyini deyib.
Ançelotti argentinalı yarımmüdafiəçi ilə bağlı yayılan transfer xəbərlərini yalanlayıb: “Özilin getməyinə mən qərar verdim, amma eynisini Di Mariya üçün etməyəcəm. O, fikrimdəki heyətin önəmli bir parçasıdır. O, özü də bu barədə bizdən heç nə tələb etməyib. Di Mariya burada olduğu üçün çox xoşbəxtdir”.
Qeyd edək ki, bu yay Ançelotti “Real”a gəldikdən sonra Almaniya millisinin türk əsilli futbolçusu “Arsenal”a transfer olunmuşdu. Di Mariyanın isə Fransanın “Monako” klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

0
0