“Runi və mən hücumçularda nadir rast gəlinən xüsusiyyətlərə malikik”
10.12.2013 - 07:04
“Runi və mən hücumçularda nadir rast gəlinən xüsusiyyətlərə malikik”
"Mançester Yunayted"in hücumçusu Robin van Persi komanda yoldaşı Ueyn Runi haqqında maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, "MUTV"yə danışan van Persi ingiltərəli futbolçu ilə meydanda yaxşı anlaşdıqlarını və nadir xüsusiyyətlərə malik forvardlar olduqlarını deyib:

"Hər ikimiz eyni vaxtda meydanda olmağı çox istəyirik. Ueyn ilə hücum xəttində daha çox ötürmə verib, qollar vura bilirik. “Düşünürəm ki, biz hücumçularda nadir rast gəlinən xüsusiyyətlərə malikik. Biz həm üzü qapıya tərəf, həm də əksinə oynaya bilirik. Avropada hücumçu çoxdur, amma bizim kimisini tapmaq çətindir. Çünki meydanda bir-birimizi yaxşı başa düşürük".