Millimizin futbolçusu Almaniya Bundesliqasının tarixinə düşdü - FOTO
10.12.2013 - 09:58
Millimizin futbolçusu Almaniya Bundesliqasının tarixinə düşdü - FOTO
21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Tuğrul Erat Düsseldorf “Fortuna”sının əsas komandasında debüt edib. Apasport.az saytının məlumatına görə, türkəsilli futbolçu “Kayzerslautern”lə səfər görüşündə meydana çıxıb.

Mayk Büskensin istefasından sonra “Fortuna”ya müvəqqəti baş məşqçilik edən Oliver Rek 2-ci komandada çıxış edən Erata start heyətində şans verib. Sağ cinah yarımmüdafiəçisi kimi meydanda olan Tuğrul qarşılaşmanı əvəzolunmadan keçirib. Bununla da Tuğrul Erat 2-ci Bundesliqada çıxış edən millimizin ilk üzvü kimi tarixə düşüb. Onun komandası isə 3-cü pillədə qərarlaşan komandanı 1:0 məğlub etməyi bacarıb.

Qeyd edək ki, millimizin üzvü Əli Gökdəmir ötən mövsüm “Hannover 96”nın əsas komandası ilə Bundesliqa matçının protokolunda yer almışdı. Ancaq Gökdəmirə “Verder”lə görüşdə meydana çıxmaq qismət olmamışdı.