AFFA-dan yubiley hədiyyəsi – FOTO
10.12.2013 - 10:40
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov 80 illik yubileyi münasibətilə futbol veteranı Şəmil Məmmədovla görüşüb. Apasport.az saytının məlumatına görə, baş katib AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından veteran futbolçunu təbrik edib.
Məmmədov yubilyara cansağlığı arzulayıb, üzərində "Ş.Məmmədov 80" yazılmış Azərbaycan milli komandasının futbolkasını yubilyara hədiyyə edib. Futbol veteranı göstərilən diqqətə görə AFFA-ya minnətdarlığını bildirib.
Mənbə: affa.az

0
0