Sabir Allahquliyev: Mən hazır idim, onlar oynatmadı - MÜSAHİBƏ
10.12.2013 - 10:48
Sabir Allahquliyev: Mən hazır idim, onlar oynatmadı - MÜSAHİBƏ
“Sumqayıt” klubu ilə yollarını ayıran Sabir Allahquliyevin apasport.az saytına müsahibəsi

- “Sumqayıt”ı tərk etməyiniz nə ilə bağlıdır?
- Klubu qarşılıqlı razılaşma əsasında tərk etdim. Səbəb isə mənə oyun vaxtının verilməməyidir. Bir müddət gözlədim. Baxdım ki, düzəlmir, ayrılmağı lazım bildim.

- Formanı qorumaq üçün əvəzedici komanda ilə məşq edirsiniz?
- Xeyr, hazırda fərdi məşq edirəm. Qış fasiləsinə bir şey qalmayıb. İnşallah uyğun bir variant olar, oynayaram.

- Klub prezidenti Kamran Quliyev bildirib ki, əvvəlki formanızdan uzaq olduğunuz üçün sizinlə əməkdaşlığa xitam verilib. Bununla razısınız?
- Əvəzedici heyətdə formamı bərpa etdim, amma xeyri olmadı. Mən hazır idim, onlar oynatmadı. “Sumqayıt”da mənə şans vermədilər.

- Axı daha öncə mütəmadi oynayırdınız, indi nə dəyişdi? Baş məşqçi Aqil Məmmədovla probleminiz var.
- Yox, mənim heç kimlə problemim yoxdur. Sadəcə, dediyim kimi, şans vermədilər.

- Yəqin ki, danışıq apardığın hansısa klub var...
- Hələlik real variant yoxdur. Görək qışda nə olur.

- Bəlkə, “Kəpəz”ə dönəsiniz?
- Gəncəyə qayıtmaq istəmirəm. Paytaxt klublarından birinə keçməyə çalışacam. Alınmasa, I divizionda oynayacağam.