Foqtsun taleyinə aydınlıq gələcək gün açıqlandı
10.12.2013 - 11:14
Foqtsun taleyinə aydınlıq gələcək gün açıqlandı
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun yığmadakı gələcək karyerasına aydınlıq gətiəcək yığıncaq dekabrın 18-də baş tutacaq.

Tədbir assosiasiyanın inzibati binasında keçiriləcək. Saat 11:00-da başlayacaq iclasın gündəliyi də artıq müəyyənləşib.

İcraiyyə Komitəsi Azərbaycan milli komandasının baş məşqçisi məsələsinin müzakirəsi ilə yanaşı, daha 2 məsələnin üzərində dayanacaq.

UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunması da gündəlikdə yer alıb. Bundan başqa, AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflər də müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, komitə digər məsələlərə də vaxt ayıracaq.