Kalonas Reynaldoya çatdı
10.12.2013 - 11:30
Kalonas Reynaldoya çatdı
Topaz Premyer Liqasının XVI turunun qollarından birinin müəllifi dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası “Sumqayıt” – “Bakı” oyununun protokolunda düzəliş edib.

Həmin sənəddə matçda vurulan ilk qolun müəllifi kimi Mario Alvares göstərilmişdi. Lakin sonradan qolun Mindauqas Kalonas tərəfindən vurulduğu müəyyən olunub. Bununla əlaqədar olaraq, müvafiq dəyişikliklər aparan qurum matçın baş hakimi Rauf Cabbarovun protokoldakı buraxdığı xətanı düzəldib.

Qeyd edək ki, 16 turdan sonra Kalonasın hesabında 7 qol var. Bununla da litvalı legioner “Qarabağ”ın yarımmüdafiəçisi Reynaldo Silvaya çatıb. Bu cütlük yalnız Vaqif Cavadovdan geri qalır. Dəyişiklik Alvaresin ilk qoldan məhrum edib.

Mənbə: pfl.az