Millimiz Türkiyəni məğlub etdi – YENİLƏNİB
10.12.2013 - 21:54
Millimiz Türkiyəni məğlub etdi – YENİLƏNİB
Futzal üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, braziliyalı baş məşqçi Joze Alesionun yetirmələri Türkiyə yığması ilə qarşılaşıb.

2014-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə qonşu ölkəyə yollanan yığmamız İstanbulda ilk sınağına çıxıb. Komandamız rəqibi 1:4 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu komandalar 2 gün sonra, dekabrın 12-də yenidən qarşı-qarşıya gələcəklər.


Yoldaşlıq oyunu
10 dekabr

TÜRKİYƏ – AZƏRBAYCAN - 1:4
Cem Keskin - Elnur Qəmbərov, Felipe Ribeyro Dos Santos, Rəcəb Fərəczadə və Amadeu Fernandes Da Silva