Millimizin futbolçusu: Elə sevinirəm ki...
10.12.2013 - 12:25
“Oyundan əvvəl elə əsəbi idim ki... Çünki qarşılaşma başlamamışdan əvvəl ürəyim bulanırdı”. Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək millimizin və Düsseldorf “Fortuna”sının yarımmüdafiəçisi Tuğrul Erat deyib.
Dünən “Kayzerslautern”lə oyunda “Fortuna”nın əsas komandasında “25” nömrəli forma ilə debüt edən Erat səfərdə 1:0 qalib gəldikləri matç haqqında təəssüratlarını bölüşüb.
21 yaşlı futbolçunun sözlərinə görə, sağ cinah müdafiəçisi Tobias Levels debüt qarşılaşmasında ona çox köməklik edib: “Arxamda çıxış edən Tobias Levels mənə ilk oyunumda çox yardım etdi. O, irəli getməyim və ya geri qayıtmağım üçün məni yönləndirdi. Bu, əsas komandada ilk oyunum idi. Ümid edirəm ki, qarşıdakı görüşlərdə də çıxış edəcəyəm. Hazırda sevincdən özümdə deyiləm”.
Qeyd edək ki, cari seçmə mərhələdən etibarən U-21-də çıxış edən Tuğrul Erat millimizdə 3 qol vurub. O, “Fortuna” U-23-də isə 4 dəfə fərqlənib.

0
0