Azərbaycan yığması test verəcək
10.12.2013 - 12:47
Azərbaycan yığması test verəcək
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2014-cü ilin yanvar ayında Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək yığmamız dekabrın 23-dən məşqlərə start verəcək.

Bakıda keçiriləcək təlim-məşq toplanışı çərçivəsində yığmamızın üzvləri laktat testi verəcək. Bu isə dekabrın 27-nə planlaşdırılıb.

Mənbə: affa.az