“Sumqayıt”da futbolçu qalmadı: Daha 2 nəfər erkən getdi
10.12.2013 - 14:07
AFFA İntizam Komitəsinin Premyer Liqanın XVI turunun “Sumqayıt” – “Bakı” matçı ilə bağlı son qərarı bəzi məsələlərə aydınlıq gətirib. Apasport.az saytı xəbər verir ki, həmin qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə yan xətt hakimini təhqir etdiyi üçün Ruslan Qurbanov və görüşdən sonra ədalət təmsilçilərini söyüşlərə qərq edən Slavik Alxasov 4 oyunluq cəzalandırılıb.
Bu isə o deməkdir ki, 21 yaşadək millimizin hər 2 üzvü minimum cari mövsüm üçün “Sumqayıt”da çıxış etməyəcək. Belə ki, “Neftçi” açıq şəkildə bəyan edib ki, onlara məxsus olan Ruslan Qurbanov, Slavik Alxasov, eləcə də Kərim Diniyevlə Elşən Abdullayev qışda komandaya qaytarılacaq. Qış fasiləsinə 2 tur qaldığını və futbolçuların cəzasının 4 oyundan ibarət olduğunu nəzərə alsaq, onda Qurbanovla Alxasovun “Sumqayıt” karyeralarının erkən başa çatdığını demək mümkündür.
Qeyd edək ki, bundan öncə “Sumqayıt”ı Vüqar Əsgərov, Zaur Həşimov və Sabir Allahquliyev erkən tərk etməli olub. Bundan başqa, qışda komandadan əsas millimizin üzvləri - Vurğun Hüseynovla Pərdis Fərcad-Azad və Nurlan Novruzovun da gedəcəyi gözlənilir.

0
0