Polşa yığmasının rəsmisi: Azərbaycanla oyunumuz alınmasa...
10.12.2013 - 14:40
Polşa yığmasının rəsmisi: Azərbaycanla oyunumuz alınmasa...
Azərbaycan millisinin gələn il Polşa yığması ilə yoldaşlıq oyunu keçirməsi həqiqətən mümkündür. Apasport.az saytının məlumatına görə, bu ölkənin mətbuatında yayılan xəbərləri Polşa Futbol Assosiasiyası da qismən təsdiqləyib.

İki ölkə təmsilçisinin BƏƏ-də baş tutacaq qarşılaşmasının mümkünlüyünü Polşa yığmasının direktoru Tomaş İvan da etiraf edib.

Polşalı futbol rəsmisi vaxtilə şərəfini qoruduğu yığmanın Asiya səfərindən danışarkən bu məsələyə toxunub: “Yanvarın 15-də BƏƏ-yə yollanırıq. Əsasən Polşa çempionatında çıxış edən futbolçulara üstünlük verəcəyik. Lakin xaricdə oynayanların da bəziləri çağırıla bilər. Ayın 18-də Əbu-Dabidə Norveçlə qarşılaşacağıq. 2 gündən sonra daha bir matçımız var. Həmin görüşdəki rəqib tam təsdiqlənməyib. Amma yəqin ki, bu komanda Azərbaycan yığması olacaq. Onlarla matçımız baş tutmasa BƏƏ ilə görüşəcəyik”.

Qeyd edək ki, İvan vaxtilə Polşa yığmasında 40 oyun keçirib və 4 qol vurub.