Foqts qalmayacaqsa, nə hesabat?
10.12.2013 - 15:24
AFFA milli komandanın baş məşqçisi Berti Foqtsla yeni müqavilə bağlayacaq. Apasport.az xəbər verir ki, böyük ehtimalla, İcraiyyə Komitəsinin (İK) dekabrın 18-də baş tutacaq iclasında almaniyalı mütəxəssislə yola davam etmək barədə qərar qəbul olunacaq.
Əslində, artıq komitə üzvlərindən əksəriyyətinin mövqeyi bəllidir. Çimərlik Futbol Federasiyasını təmsil edən Mahir Məmmədovla Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov Foqtsun qalması üçün səs verəcəklərini açıqlayıblar.
İK-da təmsil olunan futbol veteranları - Ələkbər Məmmədov, Kazbek Tuayev və İsgəndər Cavadovun da almaniyalı mütəxəssislə yeni müqavilə imzalanmasına “hə” deyəcəklərini söyləmək olar.
Cavadov bir müddət öncə Foqtsun oyunçularla ümumi dil tapdığını, onun qalmasının əleyhinə olmadığını bəyan edib. Tuayevlə Məmmədovun toplantının gedişində vəziyyətə uyğun hərəkət edəcəkləri aydın məsələdir. Futbol Veteranları İttifaqını təmsil edən Elmar Qasımovla Milli Məclisin üzvü Rauf Əliyevin də Foqtsun əleyhinə çıxacağı inandırıcı görünmür.
AFFA prezidenti Rövnəq Abdullayevlə vitse-prezident Elşad Nəsirov əcnəbi çalışdırıcı ilə müqavilənin müddətinin uzadılmasının tərəfdarı kimi çıxış edəcəkləri halda, “Bakı” klubunun prezidenti Hafiz Məmmədovla “İnter”in başqanı Cahangir Hacıyevin assosiasiya rəhbərliyinin mövqeyini dəstəkləyəcəklərini təxmin etmək çətin deyil.
Yekun nəticə olaraq, Berti Foqsun gələcək taleyinin böyük ölçüdə AFFA rəhbərliyindən asılı olduğunu söyləməkdə fayda var. Assosiasiya rəsmilərinin bununla bağlı mövqelərini dəqiq bilməsək də, bir məqama diqqət yetirmək lazımdır.
Ötən həftə almaniyalı mütəxəssis AFFA prezidentinə hesabat verdi. Hər halda, Elşad Nəsirov və AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak etdiyi görüşdə yalnız Foqtsun gördüyü işlərin söhbət mövzusu olmayıb, yeni müqavilədən də söz açılıb. Digər tərəfdən, adətən, bir məşqçi ilə yeni müqavilə imzalamaq müzakirə mövzusu olmadığı hallarda həmin adamın hesabatını dinləməyə gərək qalmır...

0
0