Necati Atəşin meneceri: Təklifi dəyərləndirə bilərik - MÜSAHİBƏ
10.12.2013 - 17:27
Türkiyə mətbuatı “Əskişəhərspor”un hücumçusu Necati Atəşin “Xəzər Lənkəran”a gələcəyini iddia edir. Apasport.az bu məsələyə aydınlıq gətirmək üçün 33 yaşlı futbolçunun FİFA meneceri Haluk Canatarla söhbət etmək qərarına gəlib.
- Müştəriniz Necati Atəşin “Xəzər Lənkəran”a keçəcəyi iddia olunur. Bu nə dərəcədə həqiqəti əks etdirir?
- Bizə nə Mustafa Dənizlinin baş məşqçilik etdiyi klubdan, nə də başqa Azərbaycan klublarından belə bir təklif gəlib. Biz də bu haqda mətbuatdan oxumuşuq.
- Ancaq onun “Əskişəhərspor”dan ayrılacağı deyilir...
- Doğrudur. O, klubdan ayrılmaq istəyir. Mövsümün əvvəlində onu “Qalatasaray” istəyirdi, ancaq keçid baş tutmadı.
- Od olmayan yerdən tüstü çıxmaz. Bu xəbər çıxmışsa, Mustafa Dənizlinin onu heyətində görmək istəməsindən irəli gələ bilər. Əgər rəsmi təklif gələrsə, onun qərarı necə olacaq?
- Mustafa Dənizli hər futbolçunun hörmət qoyduğu çox yaxşı bir baş məşqçidir. Ona görə də Necatinin Dənizlinin komandasında oynaması müştərimi də şərəfləndirər. Digər tərəfdən onun Azərbaycanda çox böyük problem yaşayacağını düşünmürəm. Buna görə də təklif gələrsə, bunu dəyərləndirə bilərik.
- Yəqin ki, mətbuatdakı bu xəbərdən sonra Necati ilə bu haqda söhbətiniz olub. O, “Xəzər Lənkəran”a gəlməyə necə yanaşır?
- Məndən Azərbaycan haqda soruşdu. Çünki mən sizin ölkəyə 5-6 dəfə gəlmişəm. Azərbaycana gedərkən Türkiyədən ayrıldığımı hiss etməmişəm. Bir türk oyunçu üçün sizin ölkə uyğunlaşma baxımından ən münasib ölkədir. Bakı çox gözəl şəhərdir. Sizin insanlar onsuz da bizimkilər kimidir. Belə bir təklifin olacağı halda, Necatinin orda neqativ halla üzləşəcəyini görmürəm.
- Necatiyə bunları söylədikdən sonra onun fikirləri necə oldu? Lənkəranın bölgə olduğunu diqqətinə çatdırdınızmı?
- Onun Azərbaycana gəlmək baxımından fikirləri yaxşıdır. Mənim xatırladığıma görə, həmin klub məşqlərini Bakıda edir. Belədir?
- Məşqlər əsasən Lənkəranda olur. Ancaq paytaxtdakı hazırlıqlar Bakıdakı oyunlardan 1-2 gün əvvəl keçirilir...
- Futbolçu gedəcəyi klub hansı şəhəri təmsil edirsə, o şəhərin insanlarına və şəraitinə uyğunlaşmalıdır. Ona görə mən onun Bakıda demədim, Azərbaycanda futbol oynamağa razılıq verəcəyini söylədim. Bunu səmimi söyləyirəm. Çempionatı kənara qoyaq, bir türk üçün Azərbaycan futbol oynamaq üçün əcaib gözəl yerdir. Necatinin bu məsələyə isti baxdığını deyirəm. Ancaq Dənizlidən, nə də çalışdığı klubdan bizə müraciət olunmayıb. Mən təklif olacağı halda, fikirlərimizin necə olacağını sizə izah etməyə çalışıram.
- Mustafa Dənizli ilə Necatinin yolları kəsişməyib...
- Bəli, kəsişməyib. Necati Fatih Terimlə “Qalatasaray”da bir yerdə olub. Ancaq Mustafa hoca elə bir məşqçidir ki, Türkiyədəki futbolçuları çox yaxşı tanıyır. Necati də çox önəmli bir oyunçudur. 2012-ci ildə “Qalatasaray”ın çempionluğunda onun da rolu var. Ötən mövsüm “Əskişəhərspor”da 13 qol vurub. Ona görə də Necati tanınan bir oyunçudur.
- Mustafa Dənizli təqdimat mərasimində ilk növbədə Türkiyədən futbolçu almağa çalışacaqlarını bildirmişdi. Necatidən başqa, müştərilərinizə bununla bağlı müraciət edən olub?
- Hazırda Türkiyədə 43 futbolçunun rəsmi təmsilçisiyəm. Mənə heç bir şəkildə müraciət olunmayıb. Hər bir ölkənin futbolda inkişaf vaxtı var. Artıq Berti Foqtsla milliniz uğurlara imza atmaqdadır. Sizin ölkədə bazaların qurulmasını artıq hamı bilir. Ona görə də düşünürəm ki, türkiyəli futbolçular Azərbaycanda futbol oynamağa yaxşı baxır. Türkiyə çempionatı Avropada ən yüksək iqtisadi gəlirlərə malik oyunçuların çıxış etdiyi birinciliklərdəndir. Elə sizinki də bu baxımdan geri qalmır.
- Necatinin son vaxtlar “Əskişəhərspor”da əsas heyətdə çıxış etməməsinin səbəbi nədir? Baş məşqçi Ərtuğrul Sağlamla yola getmirmi?
- Əvvəlki rəhbərliyin vaxtında “Əskişəhərspor” Necatini “Qalatasaray”dan alıb. Onun “Qalatasaray”da aldığı 1,5 milyon avronu bu klub da verməyə razı idi. Ancaq rəhbərlik dəyişdikdən sonra klubda iqtisadi baxımdan dəyişikliklər etmək qərarına gəldilər. Necatinin bu klubla 1,5 illik müqaviləsi var. Ondan alacağı maaşın azaldılması istənilsə də, Necati bunu qəbul etmədi. Dedi ki, mən bura məcburən gəlməmişəm. Fatih Terim hətta onun “Qalatasaray”dan ayrılmasını istəmirdi. Məhz bu üzdən Necatinin “Əskişəhərspor”dan ayrılması gündəmdədir. Yoxsa başqa bir səbəb yoxdur.
Səbuhi TOFİQOĞLU

0
0