“Bakı” “Atletiko”nun bazasında məşqə çıxdı - FOTO
10.12.2013 - 17:35
“Bakı” “Atletiko”nun bazasında məşqə çıxdı -  FOTO
Madriddə təlim-məşq toplanışı keçən “Bakı”nın U-14 komandası bü gün "Atletiko"nun bazasında ilk məşqinə çıxıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yerli məqşçilərin nəzarəti altında keçən məşq, əsasən, tanışlıq xarakteri daşıyıb.

U-14 ilə birgə Madridə yollanan məşqçilər heyətinin üzvləri isə "Atletiko"nun məşqini izləyiblər. "Bakı" futbol akademiyasının baş koordinatoru Yüksəl Kəpoğlu Arda Turanla görüşərək, ona Azərbaycan futbolsevərləri adından salamlarını çatdırıb.

Qeyd edək ki, U-14 bu axşam tam heyətlə Madriddə təlim keçən U-15 üzvlərinin yer aldığı məşqi seyr edəcək. Sabah isə U-14 "Atletiko"lu həmyaşıdları ilə yoldaşlıq oyununa çıxacaq.