“Foqtsu əvəzləməyə ən real namizəd - Yuri Syomin”
10.12.2013 - 17:58
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Azərbaycan yığmasının çalışdırmağa ən real namizəddir. Apasport.az xəbər verir ki, belə bir iddia ilə Rusiyanın “İzvestiya” saytı çıxış edib.
Rusiyalı həmkarlarımız bununla bağlı Syominin fikirlərini öyrənməyə çalışıblar. Lakin “Qəbələ”nin baş məşqçisi həmyerliləri ilə söhbətində Berti Foqtsu əvəzləmək ehtimalına şərh vermək istəmədiyini söyləyib: “Hazırda bütün fikrimi “Qəbələ”dəki işimə cəmləmişəm. “Neftçi” və “Qarabağ”la çempionluq mübarizəsi aparmağa müvəffəq olmuşuq. Azərbaycan çempionatının səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlib. İnfrastruktur və maliyyə baxımından hər şey qaydasındadır. Bura xeyli səviyyəli futbolçular və tanınmış məşqçilər gəlir. Düşünürəm ki, Rusiya və Ukraynadan sonra Azərbaycan çempionatı postsovet məkanında 3-cü yerdə durur”.
Yuri Syominin agenti Dmitri Selyuk isə bildirib ki, AFFA-nın təmsil etdiyi mütəxəssisin xidmətində maraqlı olmasında qeyri-adi heç nə yoxdur: “Syominə layiq olan dəyəri vermək lazımdır. O, “Qəbələ” ilə uğurlu nəticələrə imza atmaqdadır. Komanda onun rəhbərliyi altında çempionluğa namizəddir. Əminəm ki, AFFA ilə yanaşı digər klublar da onun xidmətində maraqlıdırlar. Millidə çalışmaq variantı olsa baxacağıq. Ancaq Syominin klubda işləməyə üstünlük verəcəyini düşünürəm”.
Qeyd edək ki, millimizin baş məşqçisi Berti Foqtsun AFFA ilə müqaviləsinin müddəti ilin sonunda başa çatıb. Onunla yeni sözləşmə imzalanacağı dəqiqləşməyib.

0
0