“Xəzər Lənkəran”da niyə də oynamayım?”
11.12.2013 - 00:01
“Xəzər Lənkəran”ın maraq dairəsində olduğu iddia edilən Türkiyənin “Əskişəhərspor” klubunun hücumçusu Necati Atəşin apasport.az saytına müsahibəsi
- Sizin “Xəzər Lənkəran”a gələcəyiniz deyilir. Bu, nə dərəcədə doğrudur?
- Açıq söyləmək lazımdırsa, nə menecerimə, nə də mənə belə bir təklif edilib. Mən də bu haqda mətbuatdan, televizordan eşitmişəm.
- Bizdə belə bir deyim var: od olmayan yerdən tüstü çıxmaz. Bəlkə də Mustafa Dənizli doğrudan da sizi komandasında görmək istəyir...
- Belə bir şey olarsa, təbii ki, bunu müzakirə etmək olar. Hazırda belə bir şey olmadığı üçün bunları danışmağım yanlışdır. Çünki hələ “Əskişəhərspor”la 1,5 illik müqaviləm var. Ona görə də ilk növbədə klubuma rəsmi təklif gəlməlidir.
- Bildiyimiz qədəri ilə sizin maaşınızla bağlı azaltma etmək istədiklərindən, “Əskişəhərspor”dan ayrılmağınız gündəmdədir...
- Pulla bağlı bir az sıxıntılarımın olması doğrudur. Ancaq “Əskişəhərspor”dan ayrılıb-ayrılmayacağımla bağlı hələ qərar verməmişəm. Bayaq dediyim kimi, Mustafa hoca məni istəyərsə, oturub söhbət edərik. Ancaq təklif olmadığı və müqaviləli oyunçu olduğum üçün belə sözləri danışmaq mənim adıma düzgün deyil.
- Başqa klublardan təklif gələrsə, “Əskişəhərspor” sizi pulsuz buraxa bilərmi?
- Bunu bilmirəm. Ancaq təklif gəldikdən sonra bunu bilmək olar.
- Meneceriniz Haluk Canatarla söhbət edərkən sizin Azərbaycanda oynamağa isti yanaşdığınızı bildirdi.
- Təbii. Azərbaycanda niyə də oynamayım? Mustafa hoca sizin ölkədə oynamağım üçün çox böyük amildir. Futbolda hər şey mümkündür. Olmayacaq bir şey yoxdur. Hər şeyi zamanın ixtiyarına buraxmaq lazımdır.
- “Xəzər Lənkəran”da bir neçə türk futbolçular oynayıb. Bunları bilirdinizmi?
- Oktay Dərəlioğlu ilə Devran Ayhanın oynadığını bilirəm. Başqa kimlər vardı?
- “Beşiktaş”ın sabiq hücumçuları Ahmet Dursunla Gökhan Güləçin adını çəkə bilərəm.
- Bəli, bəli. Azərbaycan futbol baxımından inkişafda olan ölkədir. Azərbaycanın bizə yaxın olması gözəl bir şeydir. Sabah, birigün qismət olarsa, orda oynayaram. Niyə də olmasın ki?
- “Xəzər Lənkəran”ın paytaxt Bakını yox, bölgə şəhərini təmsil etməsi də sizi qorxutmur?
- Bu, Bakı klubu deyil ki?
- Yox. Bakıdan bir qədər aralı şəhər olan Lənkəranı təmsil edir...
- (fikrə getdikdən sonra) Bu çox önəmli deyil. Əsas olan futbol oynamaqdır. Belə şeylərə fikir verməmək lazımdır. Hər şeyi zaman göstərəcək.
- “Qalatasaray” və “Əskişəhərspor”da 1,5 milyon avro pul alırsınız. Belə demək mümkündürmü ki, “Xəzər Lənkəran”dan təklif gələcəyi halda orda da bu məbləğdən aşağı oynamağa razılıq verməyəcəksiniz?
- Yox, bunları danışmaq düzgün deyil. Pul məsələlərindən danışmayaq.
- Millimizin müdafiəçisi Ufuk Budakla komanda yoldaşısınız. Ancaq o, “Əskişəhərspor”un əsas komandasından uzaqlaşdırılıb. Bunun səbəbini bizə söyləyə bilərsiniz?
- Bunun səbəbini bilmirəm.
- Yoxsa Ufukla baş məşqçi Ərtuğrul Sağlam arasında bir problem oldu?
- Yox. Belə bir şey olmayıb.
- Bəs birdən-birə əsas komandadan niyə uzaqlaşdırıldı?
- Çünki klubda hər şey - rəhbərlik, baş məşqçi dəyişdi. Ufukun zədəsi vardı. Buna görə bir az sıxıntısı oldu. Yay toplanışında komanda ilə çox yaxşı hazırlıq keçdi. Ancaq sonradan əvəzedici komandaya göndərildi ki, bu da baş məşqçinin qərarıdır.
Səbuhi TOFİQOĞLU

0
0