Gökhan Törə sıradan çıxdı
10.12.2013 - 20:22
Türkiyə Superliqasının XIV turu çərçivəsində ötən gün “Sivasspor”la evdə (1:1) bərabərə qalaraq xal itirən “Beşiktaş”a bir bəd xəbər də Gökhan Törədən gəlib. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, oyunun 59-cu dəqiqəsində zədələnərək meydanı tərk edən təcrübəli yarımmüdafiəçi qış fasiləsinə qədər keçiriləcək 3 matçda komandasına kömək edə bilməyəcək.
Bu gün tibbi müayinədən keçən futbolçunun sağ baldır əzələsində ciddi zədə aşkarlanıb. Məlumatlara görə Törə ancaq ikinci dövrədə yaşıl meydanlara qayıda biləcək.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Gökhan bu yay Rusiyanın “Rubin” (Kazan) klubundan icarəyə götürülüb.

0
0