Mourinyo: “Çelsi” qrupda ən yaxşı komanda olduğunu sübut etməlidi
10.12.2013 - 21:48
Mourinyo: “Çelsi” qrupda ən yaxşı komanda olduğunu sübut etməlidi
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo çempionlar Liqasının qrup mərhələsinin VI turunda Rumıniya "Styaua"sı ilə oyun öncəsi keçirilən mətbuat konfransında maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis E qrupunu birinci yerdə tamamlamaq istədiklərini bildirib.

Mourinyo London klubunun qrupda ən yaxşı olduğunu sübut etməlidir deyib: “Düşünürəm ki, “Çelsi” birinci yeri tutaraq qrupda ən yaxşı komanda olduğunu sübut etməlidir. Qrupumuzda 4 yaxşı kolanda var. Rəqib “Styaua”nın heyətində bir neçə futbolçu var ki, onlardan ehtiyatlı olmalıyıq. Biz bu oyunun nə dərəcədə vacib olduğunu bilirik. əsas məqsədimiz qrupda birinci yeri tutmaqdır. Sabah ötən oyundakı heyətlə mübarizə aparmaq aparmayacağıq. Çoxlu matçlara çıxdıq və hesab edirəm ki, bəzi futbolçulara istirahət lazımdır”.

Qeyd edək ki, “Çelsi” - “Styaua” qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.