“Qalatasaray” Sərdar Əzizlə razılığa gəldi
10.12.2013 - 23:38
Qış fasiləsində heyətini yerli futbolçularla gücləndirmək istəyən “Qalatasaray” ilk transferini reallaşdırmaq üzrədir. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Cim-Bom” “Bursaspor”un müdafiəçisi Sərdar Əzizlə ilkin razılığa gəlib.
İstanbula gələn 23 yaşlı futbolçu “sarı-qırmızılı” klubun rəsmisi Lütfi Arıboğanla bir araya gəlib. Bu görüşdən sonra Arıboğan oyunçunu yanvarda “Qalatasaray”la müqavilə imzalamaq məsələsində razı salıb. Digər tərəfdən Bursa klubu ilə də rəsmi danışıqlara başlayan İstanbul təmsilçisi bu keçidi həll etməyə çox yaxındır.

0
0