Ronaldodan daha bir rekord
11.12.2013 - 02:55
Ronaldodan daha bir rekord
Madrid “Real”ının ulduz futbolçusu Kriştianu Ronaldo daha bir rekord qırıb. Apasport.az saytının məlumatına görə, “Kopenhagen”lə oyunda rəqib qapısından bir top keçirən və qollarının sayını 9-a çatdıran portuqaliyalı yarımmüdafiəçi Çempionlar Liqasının qrup matçlarında ən çox qol vuran futbolçu olub.

Qeyd edək ki, Ronaldodan sonra qrup oyunlarında ən çox fərqlənən futbolçular 8 qolla Zlatan İbrahimoviç (PSJ), Flippo İnzaqi, Rud van Nisterloy və Hernan Krespodur (Sabiq futbolçular).