Daha 2 klub 1/8 finalda
11.12.2013 - 09:04
Çempionlar Liqasında qrup mərhələsinin son turunun ilk oyun günü 1/8 finala yüksələn daha 2 komandanın adına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Bayer” və Yunanıstanın “Olimpiakos” klubları da mübarizəni davam etdirmək hüququ qazanıb. Bu komandalar müvafiq olaraq A və C qruplarında 2-ci pilləyə sahib çıxıb.
Bununla da 1/8 finala yüksələn komandaların sayı 10-a çatıb. Belə ki, bu 2 kluba qədər “Real”, “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Mançester Yunayted”, “Mançester Siti”, “Çelsi” (hamısı İngiltərə), “Bavariya” (Almaniya) və PSJ (Fransa) növbəti mərhələyə vəsiqəni təmin etmişdi.
Qeyd edək ki, öz qruplarında 3-cü olan “Şaxtyor” (Ukrayna), “Benfika” (Portuqaliya), “Viktoriya” (Çexiya) klubları Avropa Liqasının 1/16 finalına vəsiqə əldə edib.

0
0