Yığmamızın futbolçusu yenə zədələndi
11.12.2013 - 10:11
Yığmamızın futbolçusu yenə zədələndi
Milli komandamızın futbolçusu Ufuk Budak növbəti dəfə zədə alıb. Apasport.az saytının məlumatına görə, o, “Əskişəhərspor”un əvəzedici komandasının “Bandırmaspor”la səfər görüşündə start heyətində meydana çıxıb.

Ancaq o, zədələnərək 35-ci dəqiqədə yerini Fatih Ceylana verməli olub. Məhz bu əvəzetmədən 3 dəqiqə sonra “Əskişəhərspor” hesabı açıb. Ancaq qarşılaşmanın əsas vaxtının bitməsinə 3 dəqiqə qalmış meydan sahibləri tarazlığı bərpa edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Ufuk Budak “Əskişəhərspor”a transfer olunandan bəri bir neçə dəfə zədələnib.