“Mənim Azərbaycan yığmasını çalışdıracağımla bağlı məlumatı kim yayıb?”
11.12.2013 - 12:04
“Mənim Azərbaycan yığmasını çalışdıracağımla bağlı məlumatı kim yayıb?”
“Sual ünvanı üzrə verilməyib. Ən yaxşısı, siz soruşun ki, mənim Azərbaycan yığmasını çalışdıracağımla bağlı məlumatı kim yayıb?” Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Dünən Rusiya “İzvestiya” nəşrində Yuri Syominlə bağlı xəbər yayılıb. Xəbərdə AFFA ilə müqaviləsi başa çatan Berti Foqtsun ən layiqli xələfi kimi rusiyalı məşqçinin adı göstərilib.

Rusiyalı həmkarlarımız ardından təcrübəli mütəxəssisin bu barədə fikirlərini yenə öyrənməyə çalışıb. Syomin bunu təkzib edib və belə informasiyaların hardan çıxdığına təəccübləndiyini bildirib: “Mənim bu haqda deməyə sözüm yoxdur. Ümumiyyətlə, bu haqda heç nə danışmaq istəmirəm”.