“Qəbələ”dən kimlər gedir? - SİYAHI
11.12.2013 - 12:56
“Qəbələ”dən ayrılacaq futbolçulardan bəzilərinin adlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yuri Syominin imtina etdiyi futbolçular əsasən legionerlərdir.
Böyük ehtimalla, mövsümü zədə ilə keçirən mərkəz müdafiəçiləri Deyan Kelharla Umar Kalaban qış fasiləsində komandada olmayacaq. Sloveniya və Qvineya yığmalarının üzvləri zədədən qayıtsalar belə, əsas heyətdə yerlərini itiriblər. Çünki kapitan Vladimir Levinlə özünü yaxşı tərəfdən göstərən İbrahima Niasse müdafiənin mərkəzində əla tandem təşkil edir. Niasseyə doğma mövqe dayaq yarımmüdafiəçisi olsa da, “İnter”də bir yerdə oynamış Levinlə müdafiədə daha yaxşı anlaşır.
Müdafiə xəttindən daha bir oyunçu ayrıla bilər. Bu, serbiyalı Nikola Valentiçdir. Onun “Qəbələ” ilə müqaviləsi dekabrın son günlərində başa çatacaq. “Anji”, “Alaniya” və “Sibir”dəki çıxışları ilə Yuri Syominə yaxşı tanış olan sol cinah müdafiəçisi yerli Elnur Allahverdiyevlə müqayisədə saxlanılmayacaq.
Elə Bolqarıstan “Çernomorets”indən böyük ümidlərlə gətirilən Lorival Assisin də gedəcəyi istisna deyil. Syominin gəlişindən sonra ehtiyat oyunçuya çevrilən braziliyalı ilə yollar vaxtından erkən ayrıla bilər.
Syominin özünün bilavasitə transferi sayılanlardan isə yalnız Abdulvahid Afolabi göndərilə bilər. Nigeriyalı hücumçu kubokda “Mil-Muğan”a qol vursa da, çempionatda fərqlənə bilməyib. Ona görə də “Kuban”ın sabiq forvardının vaxtından erkən getməsi realdır.
Yerlilərdən isə Nizami Hacıyevin Polşanın “Poqon” klubuna, Elnur Allahverdiyevin isə “Xəzər Lənkəran”a keçəcəyi gözlənilir. Nizaminin məsələsi dekabrın 20-dən sonra həll olunmalıdırsa, Elnurun cənublulara keçidi Mustafa Dənizlinin qərarından asılı olacaq. Əgər “Xəzər Lənkəran” futbolçunu qaytarmaq istəsə, “Qəbələ” buna mane olmayacaq.
Belə ki, tərəflər arasında şifahi razılığa əsasən, Elnur “Qəbələ”yə keçəndə problem yaradılmadığı kimi, qışda “Xəzər Lənkəran”a qayıdışında da əngəl yaradılmayacaq. Baxmayaraq ki, Allahverdiyevin “Qəbələ” ilə hələ 6 aylıq müqaviləsi qüvvədədir.
Allahverdiyevin “Xəzər Lənkəran”a keçidi reallaşarsa, Nikola Valentiçlə yeni müqavilə bağlanması da mümkündür. Təbii ki, Syomin qış fasiləsində bu mövqeyə yeni oyunçu tapa bilməsə...

0
0