Dənizli məşhur simaların mümkün keçidindən danışdı
11.12.2013 - 14:36
“Necati Atəş və İbrahim Toramanı “Xəzər Lənkəran”a gətirmək istəyimlə bağlı xəbərlər həqiqəti əks etdirmir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.
Qardaş ölkə mətbuatında Türkiyə millisinin sabiq üzvləri – Necati Atəş və İbrahim Toramanın qış fasiləsində “Xəzər Lənkəran”a transfer olunacaqları ilə bağlı xəbərlər yer almaqdadır.
Düzdür, hər iki futbolçu Azərbaycan klubundan təklif almadıqlarını açıqlayıblar. Lakin istənilən halda, bu cür iddiaların haradan çıxması maraq doğurur. Hər halda, Dənizlinin həmin oyunçularla maraqlanmaq ehtimalı var ki, bunu da onun özü ilə dəqiqləşdirdik.
Türkiyəli çalışdırıcı hələlik heç bir oyunçu ilə və ya menecerlə təmasa keçmədiklərini açıqladı: “Qış fasiləsinə qədər çempionatda 2 oyunumuz var. Bu görüşləri arxada qoymadan, başqa məsələlər barəsində düşünmək istəmirəm. Hazırda gündəmimiz transferlər yox, qarşıdakı matçlardı. Digər məsələlərlə bağlı qış fasiləsində rəhbərliklə müzakirə aparacağıq. İbrahim Üzülməzin məşqçilər korpusunda yer alıb-almayacağına da həmin vaxt aydınlıq gələcək”.
Qeyd edək ki, “Xəzər Lənkəran” ilin son 2 oyununu evdə keçirəcək. Cənub klubu öncə “Rəvan”ı, ardınca “Sumqayıt”ı qəbul edəcək.

0
0