Reynaldo “Bakı”ya qarşı oynamayacaq
11.12.2013 - 17:21
“Qarabağ” növbəti turun oyunu üçün məşqlərə başlayıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın ötən turunda “Neftçi”ni məğlub edərək liderliyini geri alan komanda dünəni istirahətlə keçirib.
Bu gün isə “Qarabağ” bazar günü qarşılaşacağı “Bakı”yla oyunun hazırlıqlarına start verib. Amma Ağdam klubu iddialı rəqibinə qarşı tam heyətlə mübarizə apara bilməyəcək. Kapitan Rəşad Sadıqovla komandanın bombardiri Reynaldo vərəqə limitini doldurduğu, Admir Teli, Riçard Almeyda isə zədəyə görə “Bakı” ilə matçı buraxacaq. “Neftçi” ilə görüşdə zədə səbəbindən əvəzlənən Maksim Medvedevlə yanaşı, Vüqar Nadirovun da zədə problemi var. Amma adı çəkilənlərin taleyinə oyun günü aydınlıq gələcək.
Qeyd edək ki, “Bakı” – “Qarabağ” oyunu dekabrın 15-i saat 14:00-da keçiriləcək.

0
0