İmzalanma və mükafatlandırma mərasiminin vaxtı bilindi
11.12.2013 - 17:31
AFFA və “Bakcell” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanması mərasiminin vaxtına aydınlıq gəlib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, milli komandanın yeni sponsoru ilə müqavilə dekabrın 17-də bağlanacaq.
İmzalanma mərasimi “Hilton” otelinin “Sevda” zalında baş tutacaq. Tədbir saat 12:30-da başlayacaq.
Qeyd edək ki, eyni zamanda adıçəkilən məkanda milli komandalarda ilin ən yaxşı futbolçularının mükafatlandırılması mərasimi də keçiriləcək.

0
0