“Liverpul”un kapitanı 1 aylıq sıradan çıxdı
11.12.2013 - 22:50
“Liverpul”un kapitanı 1 aylıq sıradan çıxdı
“Liverpul”un kapitanı Stiven Cerard növbəti oyunlarda komandasına kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, bu barədə İngiltərə mətbuatı xəbər yayıb.

33 yaşlı yarımmüdafiəçi dekabrın 7-də İngiltərə Premyer Liqasının XV turundakı “Vest Hem”lə oyununda zədələnib. Müayinədən keçən forvardın təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı deyilir.

Qeyd edək ki, İngiltərə millisinin üzvü bu zədədən sonra “Tottenhem”, “Mançester Siti” və “Çelsi”ilə oyunda meydana çıxa bilməyəcək.