“Rəvan”da biri qayıtdı, digəri gözləyir
12.12.2013 - 00:56
“Rəvan”da biri qayıtdı, digəri gözləyir
Topaz Premyer Liqasının növbəti turunda "Rəvan” Lənkərana səfər edəcək. Apasport.az saytının məlumatına görə, “aslanlar” turnir cədvəlində qonşu olan "Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək.

Şahin Diniyevin komandası bu oyunun hazırlıqlarını tam tərkibdə davam etdirir. Artıq Elvin Həsənəliyev də ümumi qrupa qoşulub. hazırda yalnız zədəli Tofiq Mikayılov komanda ilə birgə deyil.

Mənbə: revanfc.az