Mourinyo “Qalatasaray”dan ehtiyatlanır
12.12.2013 - 04:55
“Çelsi” Çempionlar Liqasının qrup mərhələsindəki son turundakı rəqibi “Styaua”nı (1:0) məğlub edib və qrup lideri olaraq növbəti mərhələyə yüksəlib. Apasport.az saytının məlumatına görə, London klubunun baş məşqçisi Joze Mourinyo oyundan sonra “Tvitter”dəki şəxsi hesabından 1/8 final mərhələsindəki ehtimal olunan rəqiblərindən “Qalatasaray”la bağlı açıqlama verib.
Portuqaliyalı mütəxəssis İstanbul təmsilçisindən çəkindiyini gizlətməyib: “Qalatasaray” bizim üçün çətin rəqib olar, amma Droqba yenidən buraya gəlib, mənim qayıdışımdan sonra burada möhtəşəm bir qarşılaşmanı haqq edir”.
Qeyd edək ki, hazırda “Qalatasaray”da çıxış edən Didye Droqba 2004-2012-ci illər ərzində İngiltərənin “Çelsi” klubunda çıxış edib.

0
0