Meydan sahibləri 1/4 finalda
12.12.2013 - 09:07
Meydan sahibləri 1/4 finalda
Mərakeşdə keçirilən klublararası dünya çempionatında ilkin mərhələnin qarşılaşması baş tutub. Apasport.az saytının məlumatına görə, 1/4 finala vəsiqə uğrunda mübarizədə meydan sahiblərini təmsil edən “Raca Kasablanka” ilə Okeaniyanın ən güclüsü “Oklend Siti” üz-üzə gəlib.

Afrikalılar çətinliklə də olsa, Yeni Zelandiya klubunu məğlub edə bilib – 2:1. Meydan sahibləri qələbə qolunu yalnız matça artırılan dəqiqələrdə vurub.

Qeyd edək ki, mərakeşlilər dekabrın 14-də keçiriləcək 1/4 finalda Meksikanın “Monterrey” klubu ilə görüşəcək.

Klublararası dünya çempionatı
İlkin mərhələ
11 dekabr

“Raca kasablanka” (Mərakeş) – “Oklend Siti” (Yeni Zelandiya) – 2:1
Muhsin İajur, 39, Abdellah Hafidi, 90+2 – Roy Krişna, 63