Karvalyal: “Qəbələ” inkişaf etmiş komandadır
12.12.2013 - 12:38
“Bir neçə komandada baş məşqçi olmağıma baxmayaraq, həmişə gənclərlə işləməyə çalışmışam. İstəmişəm ki, onlara peşəkar komandada şans yaradım. Bu, “Braqa”, “Beşiktaş” və xüsusən də “Sportinq”də belə olub”. Apasport.az saytının məlumatına görə, bunu BƏƏ-nin “Əl-Əhli” klubunun akademiya direktoru Karluş Karvalyal deyib.
Türkiyədə “Beşiktaş”ı çalışdırması ilə tanınan portuqaliyalı məşqçi ötən il “İstanbul BB”dən ayrıldıqdan sonra Ərəbistan yarımadasına üz tutub. Ancaq burda “Əl-Əhli”nin əsas komandasında yox, akademiyasında çalışır. Braziliyada keçiriləcək 17 yaşadək futbolçulardan ibarət beynəlxalq turnirdə “Qəbələ”nin qrupdakı rəqiblərindən biri məhz Dubay təmsilçisidir.
48 yaşlı çalışdırıcı verdiyi müsahibəsində qrupdakı rəqibləri haqqında bunu deyib: “Hər şeydən əvvəl biz öz bacarığımızı yoxlamaq istəyirik. Bilirik ki, biz “Palmeyras”, “Qəbələ”, “Laranja Mekanika” kimi çox inkişaf etmiş komandalarla oynayacağıq. Ancaq komandamız rəqabətə davamlıdır. Kim ki rəqabətə dözümlüdürsə, o da həmişə qələbə qazanmaq istəyir”.
Qeyd edək ki, “Qəbələ” – “Əl-Əhli” ilə dekabrın 19-da qarşılaşacaq. Qarşılaşma bizim vaxt ilə saat 17:00-da başlayacaq.

0
0