“Borussiya”nın sabiq hücumçusu: Topaz Premyer Liqasına baxanda...
12.12.2013 - 14:43
Polşa çempionatının səviyyəsi bu ölkənin futbol mütəxəssislərini narahat edir. Apasport.az saytının məlumatına görə, avrokuboklarda ildən-ilə zəif çıxış edən klubların UEFA reytinqində mövqelərinin itirilməsinə səbəb olub.
Polşa millisinin sabiq futbolçusu, vaxtilə yığmamıza qarşı keçirilən ilk oyunda (12.10.1994) qələbə qolunun (1:0) müəllifi olan hücumçusu Andjey Yuskovyak hətta Topaz Premyer Liqasına da həsəd aparır: “Bu gün keçiriləcək oyunla “Legiya” da avrokuboklarla vidalaşır. Qitə kuboklarında artıq təmsilçimizin qalmamağı isə bir daha göstərir ki, bizim liqa nə dərəcədə zəifdir. Bəlkə də klub futbolumuzda inkişaf var. Amma bu, Azərbaycan, Litva, Latviya və Estoniya çempionatlarına baxanda, heç də böyük deyil”.
Qeyd edək ki, Polşa yığmasında 39 oyuna 13 qol vuran Yuskovyak karyerası həm ölkəsinin bir sıra klublarında çıxış edib, həm də “Volfsburq”, “Olimpiakos”, “Borusiya” (Mönhenqladbax), “Sportinq”, “Enerji” komandalarda legioner həyatı yaşayıb.

0
0