Vüqar Əsgərovun “Sumqayıt”dan imtinasının əsl səbəbi
12.12.2013 - 15:33
“Sumqayıt”ın futbolçusu Vüqar Əsgərovun qış fasiləsini gözləmədən komandanı tərk etməsinin səbəbi bilinib. Apasport.az saytı xəbər verir ki, ayrılığa səbəb millimizin sabiq üzvünün “gənclik şəhəri” təmsilçisinin qarşısına şərt qoyması olub.
“Sumqayıt”ın prezidenti Kamran Quliyev əməkdaşımızla söhbətində bildirib ki, Əsgərov maaşının artırılmasını tələb etdiyi üçün onunla yollar ayrılıb: “Açıq deyəcəyəm, Vüqar getməzdən bir ay öncə gəlib, maaşının artırılmasını istədi. Müqaviləyə nəticələrə əsasən, hər hansı dəyişiklik etmək olar. İndiki halda isə bu düzgün deyil. Əsgərov cəmi 3 aydır bizimlədir, maaşının artırılmasını istəyir. Biz buna gedə bilmərik axı. Ən azı qış fasiləsini gözləməli idi. Məsələn, bizdə belə bir hal olub, Bədavi Hüseynov 6 aydan sonra maaşının artırılmasını xahiş etdi. Bizdə onun işinə can yandırdığını görüb, istəyini müsbət qarşıladıq. Bilirsiniz necədir, “bunu edin, etmirsinizsə, gedirəm” formada danışıqlar heç vaxt futbolçu üçün müsbət sonluqla nəticələnmir”.
Qeyd edək ki, Vüqar Əsgərovun “İnter”ə keçəcəyi gözlənilir.

0
0