“Qəbələ”yə baxışa gələcək 2 futbolçunun adı bilindi
12.12.2013 - 17:48
“Qəbələ”yə baxışa gələcək 2 futbolçunun adı bilindi
“Qəbələ”nin Türkiyə toplanışına baxışa gələcək 2 futbolçunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bunlar qanalı oyunçulardır.

Belə ki, ötən ay “Qəbələ”nin seleksioner məşqçiləri Qananın paytaxtı Akkrada olub. Məhz bu səfərin nəticəsində 2 futbolçunun oyunu bəyənilib. Bunlar Qana Premyer Liqa klubu “İnter Allies”də çıxış edən Patrik Kpozo ilə Prosper Kassimdir. Sol cinah müdafiəçisi olan Kpozonun 16, mərkəz yarımmüdafiəçisi Kassimin isə 18 yaşı var.

Qeyd edək ki, bu futbolçular yanvarın 5-də “Qəbələ” ilə birgə təlim-məşq toplanışında olacaq. Hər 2 gənc futbolçu ilə müqavilə bağlansa belə, onlar böyük ehtimalla əsas komandada çıxış etməyəcəklər. Çünki bu transferlər “Qəbələ”nin gələcəyinə hesablanıb.