UEFA "Qarabağ"a 540 min avro verdi
12.12.2013 - 18:28
UEFA "Qarabağ"a 540 min avro verdi
Azərbaycan klublarının cari mövsüm üçün avrokuboklarda çıxışı ilə əlaqədar UEFA tərəfindən AFFA-ya köçürülən məbləğin miqdarı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu assosiasiyanın büdcəsinə 1 milyon 415 min avro məbləğində vəsait köçürüb.

"Neftçi"yə ölkə çempionu olduğu üçün 200 min, Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış etdiyinə görə 175 min, "İnter" və "Xəzər Lənkəran" Avropa Liqasının II təsnifat mərhələsində mübarizə apardığı üçün hər iki kluba 250 min, "Qarabağ"a isə Avropa Liqasının pley-off mərhələsində iştirak etdiyinə görə 540 min avro məbləğində vəsait ayrılıb.

Qeyd olunmuş pul vəsaitləri AFFA tərəfindən müvafiq olaraq klubların hesabına köçürülüb.

Mənbə: affa.az