“Qəbələ” planında dəyişiklik etdi
12.12.2013 - 20:35
“Qəbələ” planında dəyişiklik etdi
Topaz Premyer Liqasının XVII turu çərçivəsində keçiriləcək "Neftçi" ilə oyunun hazırlıqlarını doğma məkanda davam etdirən "Qəbələ"nin planında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, matçdan bir gün öncə - dekabrın 14-ü Bakıya yola düşməyi planlaşdıran Yuri Syominin komandası qarlı hava şəraiti səbəbindən paytaxta daha tez yollanacaq.

“Qırmızı-qaralar” Qəbələdə son məşqinə sabah günün birinci yarısında çıxacaq. Günün ikinci yarısında isə komanda Bakıya üz tutacaq. Əyalət təmsilçisinin oyun öncəsi son məşqi dekabrın 14-ü saat 18:00-da qarşılaşmanın keçiriləcəyi "Bakcell Arena"da baş tutacaq.


Xatırladaq ki, "Neftçi"-"Qəbələ" qarşılaşması dekabrın 15-i saat 18:00-da start götürəcək. Görüş "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Mənbə: gabalafc.az