Abışov start heyətdə meydana çıxdı, komandası qalib gəldi
13.12.2013 - 00:02
Abışov start heyətdə meydana çıxdı, komandası qalib gəldi
Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” də bu turda növbəti matçına çıxıb.

Kazan klubu səfərdə Belçika təmsilçisi “Zulte Varegem”lə üz-üzə gəlib. Görüş qonaq komandanın 0:2 hesablı qələbəsi ilə başa çatıb.

Abışov isə bu matçda start heyətdə meydana çıxıb. Futbolçumuz oyunun 46-cı dəqiqəsində Rondonla əvəzlənib.

Qeyd edək ki, bu matçda “Rubin” artıq pley-off mərhələsinə vəsiqəni təmin etmişdi.