ABŞ millisi baş məşqçisi ilə müqaviləni yenilədi
13.12.2013 - 02:57
Futbol üzrə ABŞ milli komandası baş məşqçisi Yurgen Klinsmannla müqaviləni yeniləyib. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis daha 4 il komandasının başında olacaq.
2018-ci ilə qədər Şimali Amerika təmsilçisini çalışdıracaq 49 yaşlı məşqçi yeni sözləşmə ilə bağlı bu sözləri deyib: “Yeni dönəmdə bizi daha böyük bir iş gözləyir. Buraya aşağı yaş üzrə yığma komandalarımızın inkişafı, məşqçilərimizin təhsili, futbol akademiyamızın inkişaf etdirilməsi kimi bir çox məsələlər daxildir. Buradakı insanların həyəcanını bölüşmək, yeni istedadları kəşf etmək çox gözəl hissdir”.
Qeyd edək ki, Klinsmann 2011-ci ildən ABŞ millisini çalışdırır.

0
0