Skolari: Dünya Kubokunu qazanmaqdan başqa şansımız yoxdu
13.12.2013 - 04:15
Skolari: Dünya Kubokunu qazanmaqdan başqa şansımız yoxdu
Futbol üzrə Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari 2014-cü ildə ölkəsində keçiriləcək dünya çempionatı ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuatına danışan təcrübəli mütəxəssis Dünya Kubokunu qazanmaqdan başqa şanslarının olmadığını bildirib:

“Öz evimizdə keçiriləcək turnirdə qazanmaqdan başqa şansımız yoxdur. Bunu dilə gətirməkdən çəkinmirəm, çünki bu mesajımı futbolçularımın anlamasını istəyirəm. Braziliya Dünya kubokunu qazanacaq”.

65 yaşlı çalışdırıcı DÇ-2014 üçün yığacağı heyətlə bağlı hələ ki qərar verə bilmədiyini deyib: “Heyətlə bağlı hələ bəzi şübhələrim var. Qarşıda altı ay vaxtımız var və bu məsələni həll edə bilərik”.

Qeyd edək ki, DÇ-2014-ün final mərhələsində A qrupunda Braziliya ilə yanaşı, Xorvatiya, Meksika və Kamerun yığmaları yer alır.