Mərkəzi oyunlar FİFA hakimlərinə tapşırıldı
13.12.2013 - 10:15
Mərkəzi oyunlar FİFA hakimlərinə tapşırıldı
Topaz Premyer Liqasında XVII turun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Hakimlər Komitəsi bu dəfə bütün qarşılaşmalara əlavə köməkçi hakimləri göndərir.

Bu üzdən də Ramil Əhmədov, Ramil Diniyev, Əliyar Ağayev, Orxan Məmmədov iki gün ardıcıl meydana çıxacaqlar.

“Neftçi” və “Qəbələ” arasında mərkəzi oyun da Əliyar Ağayevə tapşırılıb. Çempionatın lideri “Qarabağ”ın “Bakı” ilə səfər matçını isə digər FİFA referisi Rəhim Həsənov idarə edəcək.

Topaz Premyer Liqası
XVII tur, 14 dekabr (şənbə)


17:00. “Simurq” – AZAL
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, İnqilab Məmmədov
Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu

17:00. “İnter” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
“Şəfa” stadionu

15 dekabr (bazar)

16:00. “Xəzər Lənkəran” – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu

18:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev
“Bakcell Arena” stadionu

14:00. “Bakı” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov
“Bakı” FK-nın təlim məşq bazasının stadionu

Mənbə: pfl.az