“Xəzər Lənkəran”ın sabiq hücumçusu özünə klub tapdı - FOTO
13.12.2013 - 11:01
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Dimitris Sialmas 6 aylıq fasilədən sonra özünə klub tapıb. Apasport.az saytının məlumatına görə, Sialmas karyerasını vətəni Yunanıstanda davam etdirəcək.
27 yaşlı futbolçu ölkəsinin Superliqa təmsilçilərindən olan “Platanias”a keçib. Artıq bunu Krit adasının təmsilçisinin rəsmi saytı da təsdiqləyib. Ancaq müqavilənin müddəti göstərilməyib.
Qeyd edək ki, “Xəzər Lənkəran”a Yunis Hüseynovun vaxtında transfer edilən Sialmas ölkəmizdə 1 mövsüm keçirib. Ötən mövsümkü çempionatda 21 matça 6 qol vuran hücumçunun yeni klubu Superliqada hazırda XV pillədə qərarlaşıb.

0
0